Mərhum meyxana ustası, şair Nizami Rəmzinin narkotik asılılığından əziyyət çəkən və səfil həyatı yaşayan qızı Reyhan reabilitasiya mərkəzlərinin birində müalicədən sonra üzə çıxıb.
Bizim.Media xəbər verir ki, mərhum sənətkarın qızının görüntülərini bloger Nail Kərimli sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Reyhan səhhəti ilə bağlı bunları dilə gətirib:
“Özümü çox yaxşı hiss edirəm. Sağalmağa doğru addımlar atıram. Bunu özüm də hiss edirəm. Burada yaxşıyam deyib, qapıdan çıxanda başqa şeylər olmasın. Özüm-özümə arzu edirəm ki, buradan çıxdıqdan sonra da danışdıqlarımı sözlər yox, əməlimlə göstərə bilim”.
Qeyd edək ki, Nizami Rəmzi 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında 49 yaşında həlak olub. Ekspertizaya görə Nizami Rəmzi sükan arxasında içkili olub.
Rəşad Əliyev, Bizim.Media