Süd vəzi xərçəngindən əziyyət çəkən və noyabrın sonlarında əməliyyat olunan müğənni Sevda Əliqızı efirə çıxıb.
Bizim.Media xəbər verir ki, sənətçi "Elgizlə izlə" ictimai-sosial verilişinə gələrək, sağlamlığına qovuşduğunu dilə gətirib.
"Əməliyyatım çox gözəl keçdi. Heç bir şey hiss etmədim. İki ildir, səhhətimə fikir vermədim və sinəmdə xərçəng aşkarlandı. Belə olmamaq üçün xanımlara efirdən səslənib deyirəm ki, mütləq zamanında müayinələrdən keçin. Mən böyük bəladan xilas oldum. Artıq özümü yaxşı hiss edirəm", - deyə Sevda bildirib.
Rəşad Əliyev, Bizim.Media