Müğənni Türkan Vəlizadə açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “El canlı” verilişində bir çox həmkarlarından fərqli olaraq plastik əməliyyat etdirmədiyini bildirib.
“Plastik əməliyyatlara normal baxıram. Bu tip əməliyyatlar xanımlarımız üçün yaxşıdır. Bəlkə də ola bilər ki, müəyyən səbəblərə görə bəylər də əməliyyat olunub. Mən üz baxımlarını sevmirəm.
Bilirsiniz də mən şou-biznesdə yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Özüm haqda yazılan şərhlərdə oxuyuram ki, “Bəsdir də əməliyyat etdirdin”. Onlara efir vasitəsi ilə demək istəyirəm ki, nə üzümdə, nə bədənimdə heç bir əməliyyat yoxdur. Bütün orqanlarım yerindədir”, - deyə Türkan vurğulayıb.
- A-
- A
- A+
Şoutaym
13:47 / 21.12.2023
Türkan Vəlizadə: “Yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm” – VİDEO
Hazırda oxunan: Türkan Vəlizadə: “Yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm” – VİDEO
Hazırda oxunan: Türkan Vəlizadə: “Yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm” – VİDEO
170084
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.