Müğənni Elnarə Xəlilova Xankəndi şəhərinə yollanıb.
Bizim.Media xəbər verir ki, bunu əks etdirən görüntüləri o, İnstagram hesabında paylaşıb.
Sənətçi orada “Qarabağ” mahnısını oxuyub.
“Allahım, bu günləri yaşadığımız üçün sonsuz təşəkkürlər. Allah şəhidlərimizə rəhmət eləsin, Müzəffər Ali Baş Komandanımızı, ordumuzu qorusun. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır”, - deyə Elnarə paylaşımında qeyd edib.
Bizim.Media