“Avroviziya-2024”ün səhnəsi belə olacaq - FOTO

“Avroviziya-2024”ün səhnəsi belə olacaq - FOTO

Hazırda oxunan: “Avroviziya-2024”ün səhnəsi belə olacaq - FOTO

169843

Xəbər verdiyimiz kimi, Avropanın nüfuzlu “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.  

Bizim.Media xəbər verir ki, “SVT” yayım şirkəti artıq yarışma üçün səhnə qrafikası və işıqlandırma dizaynının fotolarını yayımlayıb.  

Daşınan LED kublar, LED döşəmələr, yüksək təsirli işıqlandırma, video və səhnə texnologiyası birləşərək yarış arenasının özündə möhtəşəm variasiyalar yaradacaq.  

Səhnə xaç şəklində məkanın düz ortasında yerləşəcək. Bu isə unikal dizayndan xəbər verir.  

Səhnənin rəng sxemi zalın işıqlandırması kimi mavidir, lakin səhnədəki dizayn artıq parlaq çəhrayı işıqlandırmadan hazırlanıb.  

Qeyd edək ki, daha əvvəl təşkilatçılar Malmödə keçiriləcək “Avroviziya -2024”ün simvollarını da nümayiş etdiriblər. Loqo və ekranın yaradılması üçün dizaynerlər şimal işıqlarını və səs ekvalayzerlərinin ritmlərini birləşdiriblər. 
2024-cü ildə İsveçdə keçirilən müsabiqənin yarımfinalları mayın 7-də və 9-da, finalı isə mayın 11-də keçiriləcək. 






 Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO