Müğənni Sevda Yahyayeva ilk dəfə qızı Aylanın üzünü göstərib.
Bizim.Media xəbər verir ki, sənətçi həkim həyat yoldaşı Zakir Bayramov və qucağında övladı ilə çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşaraq qızının 1 yaşa qədəm qoyduğunu yazıb.
“Demək qismətdə mənim də övladımı təbrik etmək varmış. Bu gün üçün Allaha sonsuz təşəkkür edirəm. Mən səninlə sevginin yeni ünvanını tapa bildim. Səni sevirəm Aylam, 1 yaşın mübarək”, - deyə Sevda vurğulayıb.
Qeyd edək ki, Sevda və Zakir cütlüyünün yaxın aylarda Aida adlı ikinci övladı da dünyaya gələcək.
Rəşad Əliyev, Bizim.Media