Şəfəq Novruz:

Şəfəq Novruz: "Qardaşım Nəriman bir ay sonra arvadından boşanacaq" - VİDEO

Hazırda oxunan: Şəfəq Novruz: "Qardaşım Nəriman bir ay sonra arvadından boşanacaq" - VİDEO

169632

Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Nəriman Novruz vizajist həyat yoldaşı Əzizə Novruzdan boşanır.

Bizim.Media xəbər verir ki, bununla bağlı Nərimanın vizajist bacısı Şəfəq Novruz "İncə səhər" verilişinə müsahibəsində deyib.

Şəfəq bildirib ki, yaxın bir ay ərzində Nəriman və Əzizə rəsmi şəkildə boşanacaqlar:

“Bir ay ərzində soyadımızı da daşımayacaq. Ayrılıq məsələləri var. Biz danışıb hər şeyi aydınlaşdırdıq, doğma bağlar var, uğurlar arzu edirəm. İki övladı var, onlar da analarında qalacaqlar”.

Qeyd edək ki, son günlər Şəfəq Novruz, onun qızı Ayan və Əzizə arasında qalmaqal pik həddə çatıb. Öncə dalaşıb, daha sonra barışdıqlarını açıqlayan tərəflərin mübahisəsinə Əzizənin anası qoşularaq, Şəfəqin söylədiyinə əsasən, ona böhtanlar atıb.

Bununla bağlı ötən gecə Şəfəq sosial şəbəkə hesabında videoaçıqlamalar yayaraq qarşı tərəfin ittihamlarına cavab verib.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO