“Dədələrinə 10 qəpik xeyri olmayan insanlar bu günlər Azərbaycan televiziyalarında çalışan əməkdaşlarını aşağılayıb, onların ünvanına layiq olmadıqları sözləri deyirlər. Nə istəyirsiniz? Əgər sən pul qazana bilmirsənsə, səni çağırıb verilişlər vermirlərsə, bu, sənin günahındır. Çünki sənin apardığın verilişlər baxılmır. Əgər əksinə baxılan olsaydı, sənə veriliş verib, otuzdurardılar başda. Səni heç toylara da aparıcı kimi çağıran yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişdə deyib.
Elgiz ad çəkmədən bir neçə gün əvvəl həmkarı Kamran Həsənlinin proqramların birində “Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar.
Bununla da, birbaşa milləti təhqir edirlər” fikirlərinə sərt şəkildə reaksiya verib:
“Sən başlamısan həmkarlarını təhqir etməyə və ünvanlarına artıq-əskik sözlər deməyə... Bu layiqli bir işdir? Sən bəs nə etmisən? Azərbaycan televiziya tarixinə hansı verilişi gətirmisən və nə ilə yadda qalmısan? De, biz də bilək. İki-üç əyalətdən gələn qadın müğənniləri toqquşdurub, verilişində dalaşdırmısan.
Ondan başqa sənin nə verilişin olub? Sənin hansı müəllif layihən olub? Nə ilə yadda qalmısan? İki müğənnini verilişə çağırıb dalaşdırmağa nə var ki? İnsana bu kimi hadisələr yer eləyir. Susursan danışmırsan, cavab vermirsən, amma belə də olmur. Ona görə xahiş edirəm, heç kimin əziyyəti yerə vurulmasın, haqqı pozulmasın”.
Rəşad Əliyev, Bizim.Media