“Müğənnilər ağızlarına protez dişlər qoydururlar. Rəngi də ağappaq. Dərisi qara olan müğənni ağzına ağ diş qoydurur. Sanki ağzına təbaşir yapışdırıb. Bunu etməmişdən əvvəl bir düşün ki, təbii dişin nə rəngdədirsə, dişlərini o rəngdə et də... Hələ bu azmış kimi, dodaqlarını da şişirdir edir, nə böyük həcmdə... Sənin haranı bəyənib, haranı tərifləyək?”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Space star” maqazin verilişinə müsahibəsində deyib.
“İmperator” titulunu daşıdığını söyləyən sənətkar şou-biznesdə bu statusla deyil, xarakterinə uyğun hərəkət etdiyini söyləyib:
“Mən kişiyəm. Birdən kimsə durub sözümün önündə söz desə, mən də xasiyyətimə bələd insanam, düz alınmaz... Heç siz İlhamə Quliyevanın kimləsə əlbəyaxa olduğunu görmüşdünüz? Amma mən olaram. Ona görə mən elə işlərə qarışmıram. Mən xasiyyətimə görə hərəkət edirəm. Heç bir sənət adamı ilə oturub durmuram. Mən tənqidçi yox, təhlilçiyəm”.
Rəşad Əliyev, Bizim.Media