Sərxan Kərəmoğlu:

Sərxan Kərəmoğlu: "İndiyə kimi övladlarıma “faiz” yedizdirməmişəm" - VİDEO

Hazırda oxunan: Sərxan Kərəmoğlu: "İndiyə kimi övladlarıma “faiz” yedizdirməmişəm" - VİDEO

169456

"Rusiyada yaşayan soydaşlarımızdan və musiqiçilərdən bu günə kimi nə faiz almışam nə də ki faiz verirəm. Ona görə də, işiniz olanda mənim özümə deyin".

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor və müğənni Sərxan Kərəmoğlu qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.

Sənətçi onu Rusiya toylarında "vuran" işbazlardan danışıb:

"5-10 min dollara toya gedən insandan məni soruşursuz. O, orada mənim ona verəcəyim 200 manatı düşünür. Özünə sənətkar və populyar adını qoyub.

And olsun Allaha istəyir Mətanəti, Könülü, Vəfası, Elnarəsi, Pünhanı, Ədaləti, Vasifi olsun... İçlərində bir adam deyə bilməz ki, Sərxan bizə zəng edib nömrəmizi verdi, bir yerdə toyda olduq oradan faizini götürdü. Bu günə qədər övladlarıma faiz pulu yedizdirmədim. Məni öldürsəniz də nə restoranın administratoruna, nə də ki musiqiçiyə faiz vermişəm.
Musiqiçi onsuz da o pulu qazanır. Mən isə öz pulumu qazanıram. Hər insan öz pulunu qazananda yaxşı olacaq. Siz deyəndə ki, Sərxan Rusiyada yoxdur, bununla siz nə qazanırsınız ki? Belə edib, qazandığınız o faiz 100 dollar pul edir. Onu da 5 adam arasında böləndə heç çay pulunuz eləmir. Amma siz kiminsə çörəyinlə oynayırsınız".
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO