Bloger Asya Aslanova reanimasiyaya yerləşdirildi, səhhəti AĞIRDIR - FOTO/VİDEO

Bloger Asya Aslanova reanimasiyaya yerləşdirildi, səhhəti AĞIRDIR - FOTO/VİDEO

Hazırda oxunan: Bloger Asya Aslanova reanimasiyaya yerləşdirildi, səhhəti AĞIRDIR - FOTO/VİDEO

169359

Bloger Asya Aslanovanın qəfil səhhəti pisləşib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı bloger Ramal İsayev sosial media hesabında yayıb.

Ramal bildirib ki, ağıl dişini sedativ yolla çəkdirən Asyanın bədəninə infeksiya düşüb və vəziyyəti ağırlaşıb:

"Dünən diş çəkimi zamanı Asyanın bədəninə infeksiya keçib. Diş çəkimini narkozla ediblər, sonra da halı pisləşib".

Ramal həmçinin Asyanın həkimi tərəfindən paylaşımlarına görə şantaj edildiyini vurğulayıb:

"Asyanın həkimi Nəzifə Hüseynli mənə zəng edib ki, “saytlar səndən məlumat götürüb, niyə paylaşmısan? Sən onu silməli və hər yerdən sildirməlisən”. Başlayıb şantajla danışmağa. Burada artıq hər şey bəlidir. Asya indi xəstəxanada reanimasiyadadır, vəziyyəti yaxşı deyil. Kimin ucbatındandır? Əsəbiləşib xəstəxanadan çıxdım. Gəlib sakitləşdirirlər ki, “həkimlik, anestezioloqluq deyil”. Nə oldu, özündən infeksiya keçdi? Sonra da həkim zəng edib ki, “paylaşımları silin”. Özünə güvənirsənsə, de ki, “mənlik deyil”".
 



Rəşad Əliyev, Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO