Aparıcı və aktyor Şəhriyar Əbilov keçmiş həyat yoldaşı, aktrisa Oksana Rəsulovanın ““Şəhriyarla mən heç vaxt bir yerdə yaşamamışam, oğlum Osman da onun əskikliyini hiss etməyib” sözlərinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Şəhriyar bu haqda qonaq olduğu “10-da görüşək” səhər şousunda danışıb.
“Mən özümə söz vermişəm ki, keçmiş ailəm haqda danışmayacağam. Həyat davam edir. Allah hər kəsi xoşbəxt etsin. Son nəfəsimə kimi oğlum Osmanın yanındayam. Arzum odur ki, dünyamı dəyişəndə məni oğlumun çiyinlərində aparsınlar. Başqa heç bir şey deməyəcəyəm.
Təəssüflər olsun ki, bu gün ağızdan çıxan hər bir söz düzgün anlaşılmır. Bunu susmaq kimi qələmə verməyin. Bu mövzu haqqında danışmaq istəmirəm. Kim necə istəyir düşünsün, kim necə istəyir qəbul etsin”.
Qeyd edək ki, Osman aktrisa və rəqqasə Oksana Rəsulova ilə Şəhriyar Əbilovun nikahından dünyaya gəlib. Cütlük ötən ilin iyulunda rəsmi şəkildə boşandıqlarını açıqlayıblar.
- A-
- A
- A+
Şoutaym
11:56 / 16.12.2023
Oksananın “keçmiş ərimlə heç vaxt bir yerdə yaşamamışam” sözlərinə Şəhriyardan REAKSİYA – VİDEO
Hazırda oxunan: Oksananın “keçmiş ərimlə heç vaxt bir yerdə yaşamamışam” sözlərinə Şəhriyardan REAKSİYA – VİDEO
Hazırda oxunan: Oksananın “keçmiş ərimlə heç vaxt bir yerdə yaşamamışam” sözlərinə Şəhriyardan REAKSİYA – VİDEO
169292
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.