Kamran Həsənli: “Murad Dadaşov bu fikirləri ilə milləti birbaşa təhqir edib” – VİDEO 

Kamran Həsənli: “Murad Dadaşov bu fikirləri ilə milləti birbaşa təhqir edib” – VİDEO 

Hazırda oxunan: Kamran Həsənli: “Murad Dadaşov bu fikirləri ilə milləti birbaşa təhqir edib” – VİDEO 

169282

“Murad Dadaşovun qəribə sözlərini eşitdim. Deyir ki, ay sonu 600-ə yaxın işçiyə maaş verməliyik . Yaxşı verilişlər edəcəyik, amma ona heç kim baxmayacaq. Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar. Bununla da, birbaşa milləti təhqir edirlər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Kamran Həsənli qonaq olduğu “Sabaha saxlamayaq” ictimai-sosial verilişində deyib.  

Televiziyaların hazırki vəziyyətindən söz açan Kamran “Xəzər” televiziyasının rəhbəri, Xalq artisti Murad Dadaşovun “Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır” fikirlərinə sərt şəkildə münasibət bildirib: 

“Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. İndi vəziyyət elədir ki, kanalların əksəriyyətində olan format silinməlidir, başqa konsepsiya yaradılmalıdır. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq. 

İstənilən televiziya rəhbəri təyinatını bu vəzifəyə aldıqdan sonra telefonları söndürür, qapını bağlayır və başlayır verilişlərə sponsor axtarmağa. Ölkəmizə gələn əcnəbi vətəndaşlar şəhərimizin gözəlliyini gördükdən sonra, qaldıqları otellərdə televizoru açıb kanallarda yayımlanan verilişlərdə nənələrin ərə getməsini, ərlərin arvadlarından şikayətini görsələr elə biləcəklər ki, biz bu haldayıq. Televiziya millətin güzgüsüdür. Bizim isə televiziya “əyri güzgüdür”. Biz “əyrini” göstəririk”. 

Qeyd edək ki, bir müddət əvvəl “Xəzər TV”nin rəhbəri Xalq artisti Murad Dadaşov Musiqi Forumunda çıxışı zamanı “Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır. Biz başa düşməliyik ki, tamaşaçı televiziya qarşısında buna baxmaq istəyər. Göstərməsək, başqa kanala baxacaq.Azərbaycan tamaşaçısı türkcə də başa düşür. Digər tərəfdən də rus kanalları. Rəqabətdə çox uduzuruq. Bu reytinq göstəricilərini mən etmirəm, siz edirsiniz” sözlərini deməsi cəmiyyətdə və sosial mediada müzakirə predmetinə çevrilmişdi.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO