30 kiloqram arıqlayan Lətifə Soyuöz bir ildən sonra efirə çıxdı – VİDEO 

30 kiloqram arıqlayan Lətifə Soyuöz bir ildən sonra efirə çıxdı – VİDEO 

Hazırda oxunan: 30 kiloqram arıqlayan Lətifə Soyuöz bir ildən sonra efirə çıxdı – VİDEO 

169278

Müğənni Lətifə Soyuöz bir il fasilədən sonra yenilənmiş görünüşü ilə ilk dəfə efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “10-da görüşək” səhər şousunda pəhriz saxlayaraq 30 kiloqram arıqladığını bildirib:

“Bir il ərzində 30 kiloqram arıqlamışam. Bunu isə sağlam qidalanma ilə etmişəm. İdmandan uzaq idim. İlk aylar çox əziyyətli oldu. Çox böyük iradə lazımdır. Baxırdım yeməklərə, onları yemək istəyirdim. Amma qərara gəldik ki, evdə bütün ailə üzvləri ilə bərabər pəhriz saxlayaq.

Bu müddət ərzində un və un məmulatlarından əsasən də şəkərdən uzaq durdum. Şəkərli məhsulları qida rasionumdan uzaqlaşdırdım. Sağlam qidalara üstünlük verdim. Çayı isə meyvə quruları ilə içirdim”, - deyə Lətifə vurğulayıb.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO