Alla Puqaçova Rusiyada 1 saat DİNDİRİLDİ - FOTO  

Alla Puqaçova Rusiyada 1 saat DİNDİRİLDİ - FOTO  

Hazırda oxunan: Alla Puqaçova Rusiyada 1 saat DİNDİRİLDİ - FOTO  

169197

Rusiyanın Xalq artisti Alla Puqaçova noyabrın 2-də Rusiyaya qayıdarkən sərhədçilər tərəfindən təxminən bir saat dindirilib. 

Bizim.Media “Mash” teleqram kanalına istinadən xəbər verir ki, onlar onun səfərinin məqsədini, vaxtını və s. aydınlaşdırıblar. 

Kanalın əldə etdiyi məlumata görə, Pskov vilayətində gömrük rəsmiləşdirilməsi zamanı Alla Borisovnadan qapalı söhbət üçün xüsusi otağa getməsi xahiş olunub. Primadonna nəzakətli davranış göstərib. 

Alla vətəninə buraxılmayacağından çox narahat olub. Sakitləşmək üçün estrada ulduzu davamlı olaraq söhbət edib. O bildirib ki, xaricdə həyat çətindir - həm mənəvi, həm də maddi cəhətdən. Bundan başqa o, övladları və həyat yoldaşının vəziyyətindən söz açıb. 

Daha sonra Puqaçova çantasında bir neçə şəklini çıxarıb, onları imzalayaraq, yadigar kimi sərhədçilərə verib.

Ertəsi gün o, daşınmaz əmlak məsələsini həll etmək və ərinə, ailəsinə və bütövlükdə məhəbbətlə bağlı üç trek yazmaq üçün Qryaz kəndindəki qalasına gedib. Noyabrın 5-də isə Puqaçova Rusiyanı tərk edib. 

Qeyd edək ki, Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə İsrailə köçüblər. Ailənin bu addımı isə Rusiyada tənqidlə qarşılanıb.
İsrail və Fələstin arasında münaqişə pik həddə çatdıqda isə cütlük əvvəlcə İsraili dəstəkləyib, lakin təhlükəsizliklərini qorumaq məqsədi ilə ölkəni tərk ediblər. Puqaçova və uşaqları Kiprə uçub. Maksim Qalkin isə həmin vaxt qastrol səfərinə yollanıb. 




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO