Həmkarını məhkəməyə verən Şəbnəm Tapdıq: “Dediyi sözləri araşdırıb, polisə verəcəyəm” - VİDEO

Həmkarını məhkəməyə verən Şəbnəm Tapdıq: “Dediyi sözləri araşdırıb, polisə verəcəyəm” - VİDEO

Hazırda oxunan: Həmkarını məhkəməyə verən Şəbnəm Tapdıq: “Dediyi sözləri araşdırıb, polisə verəcəyəm” - VİDEO

169172

“Şəbnəm Tovuzlu bir neçə gün əvvəl çıxıb efirdə deyir ki, məni məhkəməyə veriblər. Bəli, mən o xanımı məhkəməyə vermişəm. Məhkəmə iclası dünən oldu. Amma Tovuzlu məhkəməyə gəlmədi. 

Gəlməməyinin səbəbinə gəlincə, bilir ki, araşdırma zamanı əsl adının Aygün olduğu üzə çıxacaq. Necə ki, araşdırdıq və bu məsələ üzə çıxdı. Şəbnəm Tovuzlunun əsl adı Aygündür. Bu qadın söyləyir ki, mənim anam Şəbnəmlə rəfiqə olub. Bu yalandır. Belə bir şey heç zaman olmayıb. O mənim üstümə iftira atır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Şəbnəm Tapdıq qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Həmkarı Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıq bildirib ki, sosial şəbəkələrdə qarşı tərəf onun ünvanına nalayiq fikirlər səsləndirərək, ictimai nüfuzuna xələl gətirir: 

“Bu Aygün (Şəbnəm Tovuzlu – red.) sosial şəbəkələrdə və efirlərdə mənim ələyhimə danışır. Mən 2 təhsilli, 7 əcnəbi dil bilən, yüksək savada malik olan xanım, ziyalı bir kişinin (Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdıq – red.) övladıyam. O haqqımda “TikTok”da yazılar qoydurur. Özü kimiləri yığır ətrafına və deyir ki, guya mənim başım çatmır, başım xarabdır. Haqqımda elə sözlə deyib ki, onları da araşdırıb, polisə verəcəyəm. Gəl cavabını ver! 

Mən indiyə qədər heç kimin nə adı, nə şöhrəti altında özümü təbliğ etməmişəm. Heç kimin adından istifadə etməmişəm. 13 yaşından bu Aygün, rayon, kənd və mağarlarda oxuyan bir qız keçib bir məşhurun (özünü nəzərdə tutur – red.) adının altına, onun adı ilə də özünü reklam edir. 
Mən adımla bağlı bir çox ciddi orqanlarla, təşkilatlara müraciət etmişəm. Səhnəyə yeni gələn insanlar o qurumda üzv olsunlar və yeni səhnə adları olsun. Onların səhnə adları olmalıdır ki, birinin elədiyi digərinə keçməsin. Birinin adı nədəsə hallanırsa, digərinin adı onun yanında hallanmasın. Bu Aygün yalandan haqqımda müəyyən fikirlər səsləndirərək mənim ictimai nüfuzuma xələl gətirir”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO