Opera və vokal ifaçısı Lətifə Soyuöz şou əhlinin qalmaqallarından söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək, həmkarlarının bir-biri ilə “savaşması”na etirazını bildirib.
“Özümə sual verirəm ki, məşhurların bir-birinə qarşı niyə bu qədər nifrət hissi var? Hamı bir-birinə iynə atmaqla məşğuldur. Belə şeylər etməyin. Hər kəs bu ölkənin vətəndaşıdır və hamı bir-birinə zəncirvari kilidlənməlidir. Bəli, mən şəxsən belə düşünürəm”, - deyə Lətifə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media