"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova plastik əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, sənətçi yerli, özəl klinikaların birində bədənşəkilləndirmə və "abdominoplastika" əməliyyatını etidirib.
Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Günel bildirib ki, əməliyyata qərar vermək üçün uzun zaman düşünüb. Cərrahi müdaxilə 4 saat davam edib və bədənindən 9 litrə qədər piy çıxarılıb:
"Bədənim sən demə piydən ibarət olub, mən isə özümü balıqətli hesab edirdim. Qollarımdan, kürəyimdən və qarnımdan 9 litrə qədər piy çıxarılıb. Piyli qız idim. Amma mən başqa müğənnilər kimi ombamı böyütdürməmişəm. Yəni "ana qarışqa"ya özümü döndərməmişəm. Yaxın müddətdə daha bir plastik əməliyyat etdirəcəm".
Qeyd edək ki, G.Ələkbərova müxtəlif illərdə zaman-zaman artıq çəki aldığı üçün bir neçə dəfə liposaksiya əməliyyatını etdirmişdi.
Rəşad Əliyev, Bizim.Media