Qəzaya düşən Gülüstan Əliyeva: “Avtomobilim yararsız vəziyyətə düşsə də...” – ÖZƏL 

Qəzaya düşən Gülüstan Əliyeva: “Avtomobilim yararsız vəziyyətə düşsə də...” – ÖZƏL 

Hazırda oxunan: Qəzaya düşən Gülüstan Əliyeva: “Avtomobilim yararsız vəziyyətə düşsə də...” – ÖZƏL 

168946

Əməkdar artist Gülüstan Əliyeva bir neçə gün əvvəl qəza keçirib. Sənətçinin avtomobili yararsız vəziyyətə düşsə də, sənətçi xəsarət almayıb. 

Baş verən hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı G.Əliyeva ilə əlaqə saxlayıb. 

Müğənni başına gələn olayı belə nəql edib: 

“Hadisə Sumqayıt şossesində deyil, Hacıqabul yolunda baş verib. Hacıqabul rayonuna gedirdim. Yol gedən maşın qəza törətdi. Biz də təbii ki, dayandıq. O, qəza törədəndə yolun ortasındakı arakəsmə betonu qarşı yola sürüşdü və oradan gələn avtomobil ona dəyib göyə qalxdı və mənim avtomobilimə dəydi.

Avtomobilim pis günə düşüb. Şükürlər olsun ki, özümə heç nə olmadı. Sağ-salamatam. Avtomobilim sığortalı olsa da, qəzadan sonra ödənilən pul qəpik-quruşdur. O pulla avtomobili təmir etmək mümkün deyil. Ümumiyyətlə, avtomobilim qəzadan sonra tamamilə yararsız vəziyyətə düşüb”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO