Fədayə Laçın həbsindən DANIŞDI: “Bu hadisədə günahkar yox, fədakaram” – VİDEO 

Fədayə Laçın həbsindən DANIŞDI: “Bu hadisədə günahkar yox, fədakaram” – VİDEO 

Hazırda oxunan: Fədayə Laçın həbsindən DANIŞDI: “Bu hadisədə günahkar yox, fədakaram” – VİDEO 

168670

“Törətdiyim əməli düşünmədən etmişdim. Nəyisə sübut edim deyə etməmişdim. Bu, fədakarlıq idi... Bu hadisədə günahkar yox, fədakaram. Fədakarlıq etdim. Nə günah etdim ki? Mən qanunu pozdum. Günah başqa şeydir. Qanun qarşısında cəza çəkdim. Qanunu pozduğum üçün səhv etmişəm, amma hərəkətim fədakarlıqdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın “YouTube”da yayımlanan “Mirinin dibçəyi” layihəsində deyib. 

Törətdiyi cinayəti fədakarlıq adlandıran sənətçi bildirib ki, bu hadisədən sonra tamaşaçıların ona olan sevgisi daha da artıb:

“Bu hərəkətimə görə mənə dəstək olanlar çox oldu. Hazırda belə mənim etdiyimə haqq qazandıranlar çoxluq təşkil edir. Xalqın sevgisini çox çətinliklə qazanmışam. O hadisədən sonra birə beş yox, birə on insanların mənə olan sevgisi, hörməti artıb. İnsanlar cəmiyyətdə, hara getdimsə, hamı məni dəstəkləyir. Mən bu addımı düşünmədən atdım. Ani qərarlara meyilliyəm. “Rezki” beynim çönə bilir”. 

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov (“Qoca”) və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Məmmədova Fədayə Baris qızı isə (Fədayə Laçın) məhbuslara yardım etməkdə təqsirləndirilib. 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb.

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO