Şəfəq və Ayanın qalmaqallı paylaşımı GÜNDƏM OLDU – FOTO/VİDEO 

Şəfəq və Ayanın qalmaqallı paylaşımı GÜNDƏM OLDU – FOTO/VİDEO 

Hazırda oxunan: Şəfəq və Ayanın qalmaqallı paylaşımı GÜNDƏM OLDU – FOTO/VİDEO 

168633

Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz və nəvəsi Ayanın paylaşımları müzakirə obyektinə çevrilib. 

Bizim.Media xəbər verir ki, ana-bala bir-birinin ardından sosial şəbəkə hesablarında qalmaqallı videolar paylaşaraq ad çəkmədən bir şəxs barəsində xoş olmayan fikirlər səsləndiriblər. 

Həmin görüntülərdə isə bir bəy və xanımın səsi eşidilib. Həm Şəfəq, həm də Ayan videolardakı şəxslərin üzlərini göstərməyəcəklərini bildiriblər. Daha sonra Şəfəq səhifəsində canlı yayım açaraq həmin şəxsin onların ailələrindən çıxmış şəxs olduğunu söyləyib: 

“Bu şəxsin kim olduğunu açıq demirik. Onun lazım olan ətrafı çox şeyi bildi. Gərək deyil ki, sosial şəbəkələrdə bilinsin. Amma nəslinin, kökünün adı-sanı olmayan, sıravi insanların övladları üçün utanc yoxdur. Heç nədən utanmırlar, belə hadisələrdən sonra “şərəfə” yazıb şəkil də paylaşıblar. Bizim başımıza gəlsə, yerə girərdik. Bir il ərzində çox şeyi ürəyimdə saxladım. Onda atam da sağ idi. Dəfələrlə bu haqda mənə sual gəlib, cavablandırmamışam. Demək istəyirəm ki, narahat olmayın.

O, bizim ailədən çıxmış adamlara aiddir. Bundan sonra nələrsə olacaq, haqqımızda şər-böhtanlar atılacaq. O videonu da gələcəyi olan insanların xatirinə silirəm. Ailəmin səsləri mənə bəsdir. Bu söhbət Cavidana, Ayana, mənə aid deyil. Çox şükür, haqq yerini tapdı. Eşitdiyim söhbətlər özünü doğrultdu”. 
İzləyicilərin əksəriyyəti paylaşılan videoların altında həmin şəxsin Ş.Novruzun qardaşı Nəriman Novruzun həyat yoldaşı Əzizə Novruzovanın olduğunu yazıb. Onlar ana-balanın Əzizəni nəzərdə tutduğunu ehtimal ediblər. Buna səbəb isə Əzizənin sosial şəbəkə hesabında foto paylaşaraq “Şərəfə” yazması olub. 
 


 






Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO