Əli Mirəliyevin qızı və xanımı Toliki məhkəməyə verir: “Ailələr arasına nifaq salır” – ÖZƏL 

Hazırda oxunan: Əli Mirəliyevin qızı və xanımı Toliki məhkəməyə verir: “Ailələr arasına nifaq salır” – ÖZƏL 

168526

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva qonaq olduğu “O üz” verilişində müğənni Əli Mirəliyevi məhkəməyə verəcəyini açıqlayıb. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Əli Mirəliyevlə əlaqə saxlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi məhkəməyə VERİR – VİDEO 


Sənətçi Gülbahar xanımın onu hansı əsaslarla məhkəməyə verməsini sona qədər anlamadığını söyləyib: 

“Gülbahar məni hansı əsaslarla məhkəməyə verir? Əgər vermək istəyirsə, getsin, versin. İlhamə Quliyevanın mal-mülkü mənə yox, sən Gülbahara qalıb... Bəs, sən məni niyə məhkəməyə verirsən? Gülməli şeylər danışırlar. Gülbaharın bu addımı atmağa heç bir əsası yoxdur”. 

Ə.Mirəliyev bildirib ki, onun xanımı və qızı aparıcı Tarix Əliyevi (Tolik) yaxın günlərdə məhkəməyə verəcək: 

“Qızım və həyat yoldaşım Toliki məhkəməyə verəcək. Səbəb isə Tolikin ailələr arasına nifaq salmasıdır. Axı, Orxanın (mərhum Xalq artisti İlhamə Quliyeva Orxanı övladlığa götürüb –red.) anası var. Bunlar bibiqızı və dayıqızıdırlar. Orada tək İlhamə yoxdur. Lalə, Püstəxanım, Orxanın özü var... Bunlar ağını çıxarıblar. İlhamənin mal-mülkü, mirası bunlara qaldı, hələ bir üstəlik məni məhkəməyə verirlər?”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO