Nura Suri: “Beyniniz inkişafdan qalıb, keçmiş əsrlərin qul təfəkküründə qalmısınız” - FOTO  

Hazırda oxunan: Nura Suri: “Beyniniz inkişafdan qalıb, keçmiş əsrlərin qul təfəkküründə qalmısınız” - FOTO  

168516

“Dünyagörüşü “plintus”dan aşağı olanlar hər mövzuda kiçik beyinləri yorub, fikir bildirməsələr, daha sanballı görünə bilərlər. Nə bilim, “müğənni sənəti ilə sevilsin, geyimi ilə deyil kimi...” boş fikirləri özünüzə saxlayın”. 

Bzim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. 

Sənətçi “Açıq-saçıq geyinən müğənniləri telekanallara buraxmırlar” sözlərinə görə onu tənqid atəşinə tutanlara sərt mesaj ünvanlayıb: 

“Ən sevilən, məşhur, toylarınızın, tədbirlərinizin tacı olanlar elə açıq-saçıq geyimləri ilə qəbul olunublar. O qədər burnunuzu hər yerə lazım oldu-olmadı soxursunuz ki, öz həyatınızı yaşaya bilmirsiniz, beyniniz inkişafdan qalıb, komplekslər, çərçivələr sizi boğub, özünüzdən xəbəriniz yoxdur. Sizi heç qonşularınız tanımır, evinizdə sözünüzün dəyəri yoxdur, elə bilirsiniz, şərhlərdə zəhərinizi töküb təmizlənirsiniz? Xeyr!
Yenə də sizin sözünüzün dəyəri yoxdur. Sadəcə, nə qədər aciz, beyniboş olduğunuzu nümayiş etdirirsiniz. Gedin, indi bu boş beyninizlə bu dediklərimi həzm edib, bu həqiqətlə yaşayın. Dünyadan xəbəriniz yoxdur, hələ keçmiş əsrlərin qul təfəkküründə qalmısınız. Onun-bunun paltarını, şəxsi həyatını müzakirə etmək sizi nə hörmətə mindirir, nə də aciz olduğunuzu ört-basdır edir”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO