Kirkorov: "Səhnə imicimə görə, uşaqlarım sinif yoldaşlarının nifrəti ilə qarşılaşırlar" – FOTO

Hazırda oxunan: Kirkorov: "Səhnə imicimə görə, uşaqlarım sinif yoldaşlarının nifrəti ilə qarşılaşırlar" – FOTO

168483

Rusiyanın Xalq artisti Filip Kirkorov açıqlaması ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, pop ulduz qalmaqallı imicinə və xüsusən də yeni görünüşü ətrafında yaranan səs-küyə görə, övladları Martin və Alla-Viktoriyanın sinif yoldaşlarının nifrəti ilə qarşılaşdığı bildirib. 

“Qızım Alla “Ata, düzdür ki, Kseniya Sobçak sənin arxana toxunub ki, süni olub-olmadığını bilsin? Cavab verdim ki, “Bala, bu, şou-biznesdir. Xala bunu pislik etmək üçün etməyib. Qızım isə “Bununla necə yaşamaq olar, Kseniya xala sənin arxana toxundu. Məktəbdə isə buna görə mənə nifrət edirlər. Məşhurun övladı olmaq çox çətin bir missiyadır”. 

Kirkorov onu da qeyd edib ki, övladları anasız böyüdükləri üçün çətin günlər keçirirlər: 

“Çətin vəziyyətimiz var, uşaqlar anasız böyüyür. Məktəbdə isə bütün bunlar həmişə müzakirə olunur. Onların 12 yaşları var. Bu yaş isə ən çətin dövrdür. Biz həyatla deyil, ağıllı qadjetlərlə ölüm-dirim mübarizəsindəyik. Uşaqlar tamamilə bu oyunlardan asılıdırlar. Ağıllı insanlar düzgün iş görüblər – valideynlər həmin qadjetləri uşaqların əlindən alıblar”. 

Kirkorov, həmçinin bildirib ki, uşaqları onun yolu ilə getməyəcəklər: 

“Nə qızım, nə də ki, oğlum, şükür, səhnəyə çıxmaq niyyətində deyillər. Normal böyüyəcəklər. Çünki səhnəyə tələsən ulduzların övladları gələcəyin bədbəxt insanlardır”. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO