Məşhur yazar Nuridə Atəşi Xalq artisti, bəstəkar Faiq Sücəddinovun ünvanına sərt ittihamlar səsləndirib.
Bizim.Media xəbər verir ki, Atəşi bununla bağlı sosial şəbəkə hesabında post paylaşıb.
“Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi məşhur əsərlərin söz müəllifi olan Nuridə bildirib ki, bu günə kimi heç bir qonorar almayıb:
“1993-cü illər. Həyat yoldaşım Qarabağda döyüşür. Uşaqlarıma çörək belə alacaq pulum yoxdur. Qızıl qəfəsdə məhbəs həyatı yaşayıram. Xəstə qızıma ölüm hökmü oxunub. Faiq Sücəddinov "Neylərsən", "Darıxmışam", "Unuda bilməyəcəksən" kimi çox sayda hit olacaq, sözlərimə yazdığı mahnıları dollarla İlhamə Quliyevaya və müxtəlif müğənnilərə satır, ölkədə məşhur edir, uşaqlarıma bir çörək pulu belə vermirdi.
Bu günə qədər verilişlərə belə məni dəvət etmək istəyən aparıcılara "Nuridəni çağırma" deyir. Üzümə hansı üzlə çıxacaq, birdən xalqın qarşısında rəzil edərəm deyə. Nə qazandı sizcə, paradan başqa, dostlar? Sadəcə "Neylərsən" mahnısının sözləri ilə xalqımın ürəyində əbədi taxt qurmadımmı? Kim yıxa biləcək bu taxtı? O qədər açacağım faktlar var ki...”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:09 / 11.12.2023
Nuridə Atəşidən Faiq Sücəddinova qarşı İTTİHAM: “Qarşıma hansı üzlə çıxacaqsan?” – FOTO
Hazırda oxunan: Nuridə Atəşidən Faiq Sücəddinova qarşı İTTİHAM: “Qarşıma hansı üzlə çıxacaqsan?” – FOTO
Hazırda oxunan: Nuridə Atəşidən Faiq Sücəddinova qarşı İTTİHAM: “Qarşıma hansı üzlə çıxacaqsan?” – FOTO
168421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.