"Bəzi qadın müğənnilər var ki, 5 telefonla gəzirlər. Arvadda nə qədər telefon olar? Biri çantasında, biri avtomobilində, biri çəkməsinin arasında... Bəsdirin də...".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişdə deyib.
Sənətkar bəzi həmkarlarını ifaçılıq sənətini danışmaqları və hərəkətləri ilə ucuzlaşdırdığını və gözdən saldıqlarını söyləyib:
"İfaçılıq sənəti hər zaman "ağa sənəti" olub. Bu sənət "nökər" sənəti olmayıb. Nökərliyin özü də şan-şöhrətdir. O sənəti də bacarmaq lazımdır. İfaçılıq sənətini lap "qara-qəpik"ə satdınız! Olmaz belə...".
Rəşad Əliyev, Bizim.Media