Sentyabrda ərə gedən müğənni Səidə Sultan toyundan sonra ilk dəfə efirə çıxıb.
Bizim.Media xəbər verir ki, "Maqazin plyus" verilişinə müsahibə verən sənətçi qurduğu yeni ailəsindən danışıb.
Səidə bir çox həmkarlarından fərqli olaraq həyat yoldaşını tamaşaçılara göstərmək niyyətində olmadığını bildirib:
"Bütün günü ikimiz evdə oluruq, işlərimi də mümkün qədər artıq evdən idarə edirəm. Ona görə də çəki almışam. Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar. Mən sevmirəm, gah əlini çəkib qoyurlar, gah saatını, gah üzüyünü. Mən bunları keçmişəm. Publikaya oynamaq mənə lazım olsaydı, bunu zamanında edərdim. İndiyə qalmışdı? Bu Allahın qismətidir, demək ki, qismət bu günəymiş. O elə insan deyil, belə hərəkətləri də sevmir".
Qeyd edək ki, Səidə Sultan ərə getdiyi bəyin kimliyini açıqlamayıb. Həmkarı Kərim Abbasov isə bəylə Səidənin 15 il dostluq münasibəti bağlarının olduğunu vurğulayıb.
- A-
- A
- A+
Şoutaym
20:36 / 10.12.2023
Səidə ÜZƏ ÇIXDI: "Hamının ərini görmüsünüz, mənimkini görməsəniz də olar" - VİDEO
Hazırda oxunan: Səidə ÜZƏ ÇIXDI: "Hamının ərini görmüsünüz, mənimkini görməsəniz də olar" - VİDEO
Hazırda oxunan: Səidə ÜZƏ ÇIXDI: "Hamının ərini görmüsünüz, mənimkini görməsəniz də olar" - VİDEO
168391
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.