"Həkimlər mənə burada və xaricdə demişdilər ki, heç vaxt övlad sahibi olmayacağam. Diaqnoz bu idi. Çox pis olmuşdum. Anam da biləndə çox məyus oldu. Xəstəliyi ağırlaşırdı. Həmişə deyirdi ki, qocalanda sənə kim baxacaq?".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva "Evdəkilərə salam" verilişinə müsahibəsində deyib.
S.Sanaliyeva bildirib ki, anası Rəhilə Həmidova nəvə sevinci yaşamadan ağır xəstəlikdən dünyasını dəyişib:
"Müalicə almağa başlayanda gördü ki, çox əziyyət çəkirəm. Bir gün anam dedi ki, Allahım, qızıma övlad ver və mənim canımı al. İki dəfə bu duanı etdi. Bunun üstündə onunla dalaşdım. Dedim ki, sənsiz heç nə istəmirəm. Onun duası qəbul oldu. Ailə həyatı qurdum və sonra anam daha da ağırlaşmağa başladı. Onda bildim ki, hamiləyəm. Oğlum dünyaya gəldi və qırxı çıxandan sonra anam dünyasını dəyişdi. O sevinci yaşaya bilmədi, nəvəsini qucağına almadı. Yəqin ki, yaxşı övlad olmuşam, Övladlarıma qarşı da beləyəm. Heç vaxt özümü birinci yerə qoymaram. Özümə nəsə alanda vicdan əzabı çəkirəm (ağlayır). Yoxluğu çox görmüşəm, yəqin ki, buna görədir".
Qeyd edək ki, Sevda Sanaliyevanın anası Rəhilə Həmidova xərçəng xəstəliyindən vəfat edib. Sevdanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub.
Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb.
- A-
- A
- A+
Şoutaym
19:36 / 10.12.2023
Sevda: "Anam Allaha yalvarıb dedi ki, qızıma övlad ver, canımı al" - VİDEO
Hazırda oxunan: Sevda: "Anam Allaha yalvarıb dedi ki, qızıma övlad ver, canımı al" - VİDEO
Hazırda oxunan: Sevda: "Anam Allaha yalvarıb dedi ki, qızıma övlad ver, canımı al" - VİDEO
168383
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.