Xalq artisti Eminin coşqu dolu Bakı konsertində YAŞANANLAR - FOTO/VİDEO

Xalq artisti Eminin coşqu dolu Bakı konsertində YAŞANANLAR - FOTO/VİDEO

Hazırda oxunan: Xalq artisti Eminin coşqu dolu Bakı konsertində YAŞANANLAR - FOTO/VİDEO

168137

Xalq artisti Emin Ağalarovun ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında canlı solo konsert proqramı baş tutub.

Bizim.Media xəbər verir ki, sənətçi musiqili gecəni "MMM", "На чистоту", "Still" adlı mahnıları ilə açıb.

Canlı ansamblının müşayiəti ilə hitlərini və sevilən nəğmələrini arda-arda düzən Emin səhnədən tamaşaçılarını salamlayaraq, onlarla səmimi ünsiyyət qurub:



"Xoş gördük sizi yenidən. Peşəkar musiqiçi kollektivimlə birlikdə bir çox ölkələrə konsert səfərlərimiz oldu. Dinləyicilərimə təşəkkürümü bildirirəm ki, hər bir konsertim anşlaqla keçdi. Bu, çox qiymətli və qeyri-adi hissdir. Çünki hər bir artist üçün bu, belə olmur. Amma indiki vaxtda biz bunu çox yüksək qiymətləndiririk. Hər birinizə mənimlə bu gecəni keçirtdiyiniz üçün minnətdarlığımızı bildiririk".

Emin bildirib ki, onu seyr etməyə gələnlər sırasında üç övladı da var:

"Bu gün həmçinin məni izləməyə gələnlər sırasında dörd övladımdan üçü var. Əkiz oğlan övladlarım Əli və Mikayıl və qızım Əminə. Onlar indi Bakıya uçub gəliblər. Onlar yeni gəldilər və mən hələ onlarla görüşə bilməmişəm. Mən onları indi gördüm. Sizi çox sevirəm. Çox sağolun ki, burdasınız əzizlərim".



Daha sonra E.Ağalarov pərəstişkarları ilə yaxından görüşmək üçün səhnədən zala enib. Fanatlar bu anları xatirəyə çevirmək üçün Xalq artisti ilə fotolar çəkdirməyə tələsiblər.

Sənətçi konsert günü çıxan yeni rusdilli “44” albomundan, fevralın 9-da işıq üzü görəcək ingilisdilli “Now Or Never” albomundan mahnılar ifa edərək sevənləri üçün əsl musiqi ziyafəti təşkil edib. Konsertdə əlamətdar məqamlar da yaşanıb.  


Belə ki, Emin Bakıda ilk dəfə olaraq dahi Müslüm Maqomayevin repertuarından görkəmli bəstəkar Sevil Əliyevanın “Ümidin on iki ayı” bəstəsini ifa edib. Sovet dövründə bu əsər hit idi. Mahnıya ikinci həyat verən Ağalarov vaxtilə Müslüm Maqomayev üçün yazdığı bu bəstəyə görə, Sevil Əliyevanın şəxsən ona xeyir-dua verməsi hekayəsini konsertdə tamaşaçılarla bölüşüb və buna görə ona ürəkdən təşəkkür edib.  

Emin bildirib ki, konsertdə onu dinləməyə gələn tamaşaçılar arasında Sevil xanım da yer alıb. Musiqi ziyafətində Xalq artistinin övladları Əli, Mikayıl və Əminə də iştirak edib. 

Gecədə təsirli məqamlardan biri isə sənətçinin övladlarının sevimli ataları üçün gül dəstələri ilə səhnəyə çıxmaları olub. Sevimli ənənəyə çevrilmiş “Mavi əbədiyyət” mahnısı olmadan Eminin konsertini təsəvvür etmək mümkün deyil. 


Bu anlarda hər bir tamaşaçının ürəyi Xalq artistinə - əfsanəvi, misilsiz Müslüm Maqomayevin xatirəsinə daim yaşatdığına görə, minnətdarlıq hissi və gür alqışla qarşılanıb. Konsertdən əldə olunan bütün vəsait ağır genetik xəstəlikdən əziyyət çəkən Fateh Cəhrəminin müalicəsi məqsədilə onun ailəsinə ianə ediləcək. 

Emin fanatlarına nəzakətli və səmimi davranış göstərərək, onlarla şəkillər çəkdirib. Əsrarəngiz ifaları və səhnə performansı ilə müğənni onu izləməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, Emin Ağalarovun konsertinin təşkilatçılığı “ZHARA EVENTS”-ə məxsusdur.

Xalq artisti Emin Ağalarovun konsertində yaşanan anları foto və video şəklində təqdim edirik:


 



















Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO