Adel: “18 yaşımdan bəri insanlar məndən qorxurlar” - FOTO

Adel: “18 yaşımdan bəri insanlar məndən qorxurlar” - FOTO

Hazırda oxunan: Adel: “18 yaşımdan bəri insanlar məndən qorxurlar” - FOTO

168017

Dünya pop səhnəsinin ulduzu Adel “The Hollywood Reporter” dərgəsinin üz qabağının siması olub. 

Bizim.Media xəbər verir ki, fotosessiya üçün sənətçi dünyaca məşhur “Valentino”, “Karolina Herrera”, “Schiaparelli” markalarına məxsus bir-birindən rəngarəng geyimlərdən istifadə edib.

Ulduz müsahibəsində gücünə təsir edən qadınlardan, öz nüfuzundan və oğlu dünyaya gəldikdən sonra anasına münasibətindən danışıb. 

16 “Qremmi” və “Oskar” mükafatı laureatı ailəsinin qadın tərəfini əsas güc və ilham mənbəyi adlandırıb: 

“Məni anam, bibilərim və nənəm böyüdüb. Onlar mənə indiyə qədər tanıdığım hər kəsdən daha güclü görünürdülər. Onlar qadın olmağın necə bir şey olduğunu yaşadılar. Bu, onları daha da güclü etdi”. 

35 yaşında Adel dövrümüzün ən məşhur müğənnilərindən biri olmağı bacarıb və bir neçə dəfə “Ginnesin Rekordlar Kitabı”na düşüb.  

Müğənninin özü də karyera uğurlarını şans və öz nüfuzu ilə əlaqələndirib: 

“Hər şeydən əvvəl, sadəcə özünüz olmaq vacibdir. Musiqidə ağdərili qadın olmaqdan əlavə, karyeramda bu qədər şanslı olmağımın səbəblərindən biri də budur. Düşünürəm ki, insanlar məndən qorxurlar və bu da 18 yaşımdan bəri belə olub. Bunun nə olduğunu bilmirəm”. 

Oğlu Anjelo dünyaya gəldikdən sonra müğənni karyerasına 3 illik fasilə verib və 2015-ci ildə ilk ilində 20 milyon nüsxə satılan “25” adlı albomu ilə səhnəyə qayıdıb.  




















Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO