Müğənni Aynur Dadaşova açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində getdiyi məclislərdən söz açıb.
Aynur bildirib ki, kasıb təbəqənin toy məclislərinə gedərək, mal-mülkə sahiblənib:
“Deyirlər ki, Aynur Dadaşova kasıb olduğu üçün kasıb təbəqənin toylarına gedir. Qurban olum, o kasıba. Heç zaman insanlarda fərq qoymadım – bunun imkanı var və ya bu, kasıbdır.
Kasıb toyunda oxuyanda Aynur Dadaşova Aynur Dadaşova olmur? Cənub bölgəsində həftələrlə məclislərdə olurdum. Rəhmətlik Baloğlan Əşrəfov günlərin bir günü mənə söylədi ki, nə istəyirsən, bu cənub bölgəsindən?
Buranın toylarını zəbt etmisən. Masallı rayonunun bir-bir kəndlərində məclislərdə olmuşam. Bu gün elə o dedikləri kasıb insanların hesabına evə, bağa sahib olmuşam”.
Rəşad Əliyev, Bizim.Media