Nazilə Vəfanı ələ saldı: “Kişiləri barmağınızda necə oynadırsınız?” – VİDEO 

Nazilə Vəfanı ələ saldı: “Kişiləri barmağınızda necə oynadırsınız?” – VİDEO 

Hazırda oxunan: Nazilə Vəfanı ələ saldı: “Kişiləri barmağınızda necə oynadırsınız?” – VİDEO 

167755

Şairə və qiraətçi Nazilə Səfərli müğənni Vəfa Şərifovaya atmaca atıb. 

Bizim.Media xəbər verir ki, Nazilə ad çəkmədən Vəfanın həyat yoldaşı Famil Xəlilovla ayrılıb daha sonra müğənniyə barışıq jesti kimi böyük gül çələnginin efirə göndərməsini sosial şəbəkə hesabında paylaşdığı videosu ilə lağa qoyub. 

“Həyat yoldaşıma dedim ki, gəl, gündəm-gündəm oynayaq. Çıxım efirdə deyim ki, ayrılmışıq. Sən də hədiyyə göndər, barışaq. Qayıtdı ki, maaşa nə qədər var, ayın sonunda alacağam. Küsürsən, indidən küs. Hədiyyə maaşda gələcək. Məni də öyrədin, nə olar, siz necə edirsiniz ki, kişi sizin hər dediyinizi edir? Kişiləri barmağınızda necə oynadırsınız? Bunun məktəbi haradadır?” – deyə Nazilə bildirib. 
Qeyd edək ki, Vəfa Şərifova bir neçə gün əvvəl kəbinlə birlikdə olduğu iş adamı Famil Xəlilovdan ayrıldığını açıqlayıb. Ötən gün isə müğənninin qonaq olduğu “Tarixin bir günü” verilişində studiyaya böyük gül dəstəsi gəlib. Verilişin aparıcısı Tarix Əliyev (Tolik) gül çələnginin Famil Xəlilov tərəfindən göndərildiyini söyləyib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO