Dilan və Engin cütlüyünün evində işləyən köməkçiləri də SAXLANILDI – VİDEO 

Dilan və Engin cütlüyünün evində işləyən köməkçiləri də SAXLANILDI – VİDEO 

Hazırda oxunan: Dilan və Engin cütlüyünün evində işləyən köməkçiləri də SAXLANILDI – VİDEO 

167672

Xəbər verdiyimiz kimi, Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polat polis tərəfindən saxlanılıb. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün evində köməkçi kimi çalışan özbək əsilli Şule adlı qadın da axşam saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Şulenin yaşayış qeydiyyatının müddəti bitib. O, deportasiya edilərək ölkəsinə göndəriləcək. 

Qeyd edək ki, bir aya yaxındır həbs olunan Dilan Polat və həyat yoldaşı Engin Polatla bağlı aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olunub. Onlardan 16-sı barədə həbs-qətimkan tədbiri seçilib. Bundan başqa istintaqa cəlb edilən fenomenlərin 12-nin əmlakları müsadirə edilib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO