Britni Spirsin atasının ayağı AMPUTASİYA EDİLDİ 

Britni Spirsin atasının ayağı AMPUTASİYA EDİLDİ 

Hazırda oxunan: Britni Spirsin atasının ayağı AMPUTASİYA EDİLDİ 

167643

Dünya pop səhnəsinin ulduzu Britni Spirsin atası, keçmiş meneceri və qəyyumu Ceymi Spirsin ayağı bir ay əvvəl amputasiya edilib. 

Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, Ceymi qəyyumluğa görə məhkəməyə verən 42 yaşlı müğənni indi onunla münasibətləri yaxşılaşdırmağa çalışır. 

Bildirilib ki, pop ulduzun atasının ayağında infeksiya olub və nəticədə onu bir neçə həftə xəstəxanada saxlayıblar. Ceymi infeksiyanın qarşısını almaq üçün beş uğursuz əməliyyat keçirib və həkimlər amputasiyanın yeganə variant olduğuna qərar veriblər. 

Müğənninin atasının hazırda özünü pis hiss etdiyi və səhhətində başqa problemlərin də olduğu qeyd edilib. 

Nəşr yazır ki, Britni son vaxtlar atasına qarşı yumşalıb. Onun üçün darıxdığını və kömək üçün ona pul göndərmək istədiyini söyləyib. Cemiyə gəlincə, o, qızı ilə barışmaq arzusundadır.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO