Mətanətin keçmiş gəlini Canana: \"Ögey ana uşaqlarımı evə buraxmır\" - VİDEO

Hazırda oxunan: Mətanətin keçmiş gəlini Canana: \"Ögey ana uşaqlarımı evə buraxmır\" - VİDEO

167590

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, Canana keçmiş həyat yoldaşının xanımının övladlarını evə buraxmadığı ilə bağlı görüntüləri sosial şəbələ hesabında izləyiciləri ilə bölüşüb.

"Ögey ananı gətirib balalarımın evinə. Balalarımı da görməyə qoymur. Qızım xəstədir. Mənə kömək edin. Bir ana olaraq yalvarıram. Balama qapını açmır. Körpələrimi də qoymur bayıra çıxsın",- deyə Canana vurğulayıb.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi.

Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. 

Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO