Nurlana Cəfərova 3 il fasilədən sonra EFİRƏ QAYITDI – FOTO 

Hazırda oxunan: Nurlana Cəfərova 3 il fasilədən sonra EFİRƏ QAYITDI – FOTO 

167573

AzTV-nin keçmiş aparıcısı, şairə-publisist Nurlana Cəfərova üç il fasilədən sonra yenidən efirə qayıdıb. 

Bizim.Media xəbər verir ki, bu haqda televiziya ulduzu sosial şəbəkə hesabında məlumat verib. 

Nurlana bildirib ki, bundan sonra iş fəaliyyətini “İctimai” televiziyada davam etdirəcək. Cəfərova sözügedən kanalda “Dikdaban” verilişinin üç aparıcısından biri olub. Artıq həmin veriliş Nurlananın aparıcılığı ilə bu gün efirdə yayımlanıb. 

Xatırladaq ki, bu ilin fevral ayında N.Cəfərova Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. 

Qeyd edək ki, Nurlana Cəfərova 6 il əvvəl AzTV-də Musiqi və Əyləncəli Proqramlar Redaksiyasının baş redaktoru olub. Bundan daha əvvəl isə Nurlana ATV-də və 106 FM-də aparıcı kimi çalışıb. Pandemiya dövründə ailə quran Cəfərova Türkiyənin İzmir şəhərinə köçüb. Onun bir qız və bir oğlan övladı var. 




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO