Valeri Meladzenin 1,7 milyon borcu var

Hazırda oxunan: Valeri Meladzenin 1,7 milyon borcu var

167487

Rusiyanın məşhur müğənnisi Valeri Meladzenin vergi xidmətinə 1,7 milyon rubl (təxminən 32 min manat) borcu var. 

Bizim.Media xəbər verir ki, bu barədə “Baza” telegram kanalı məlumat yayıb. 

Bildirilib ki, Meladzenin bu yaxınlarda 275 min rubl (təxminən 5252 manat) borcu olsa da, dekabrın əvvəlində borc 1,7 milyon rubla yüksəlib. 

Kanal əlavə edib ki, bu, konsertlərinin yüksək qiymətləri ilə əlaqədardır. Məsələn, Meladzenin Yeni il şənliyinin dəyəri təxminən 80 min avrodur (təxminən 148 min manat). 

Qeyd edək ki, Valeri Meladze Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bir müddət sonra Rusiyanı tərk edib. Bu ilin yazında o da məlum olub ki, Rusiya Baş Prokurorluğu Moskva prokurorluğuna Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı Valeriyə qarşı yoxlama aparmağı tapşırıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO