Mənzurə: “Həm evliliyim, həm də boşanmağım müsibət olub” - VİDEO

Mənzurə: “Həm evliliyim, həm də boşanmağım müsibət olub” - VİDEO

Hazırda oxunan: Mənzurə: “Həm evliliyim, həm də boşanmağım müsibət olub” - VİDEO

167483

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqələri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində keçmiş həyat yoldaşı ilə evləndiyi və boşandığı gündən söz açıb. 

“Mən yanvarın 16-da 1992-ci ildə “başı batmış”la ailə qurmuşam. Amma boşanma tarixim yadımdan çıxıb. O günü heç yadıma belə salmaq istəmirəm. Neynirəm ki, o günü yadımda saxlayım?

Çünki o günü mən qırğın, qiyamət, müsibətlə həyat yoldaşımdan boşanmışam. O boşanmaq istəmirdi. Amma mən öz istəyimlə ondan boşandım. Başıma çox işlər gəldi. Həm evliliyim, həm də boşanmağım müsibət olub”, - deyə Mənzurə vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO