“Səidə Sultanla münasibətim yoxdur. Mən də onu toya dəvət etməmişdim, o da məni. Bu, normaldır. 18 ildir ki, ailəliyəm və bu 18 ildə mənimlə Səidə arasında münasibət dəyişməyib”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova qonaq olduğu “10-da görüşək” verilişində deyib.
Sənətçi keçmiş “W-trio” qrupunun üzvləri Xalq artisti Röya Ayxan, Natavan Həbibi ilə münasibətlərindən söz açıb:
“Bu, qaçılmazdır... Məni görəndə qızlar yada düşür (Keçmiş “W-trio” qrupunun üzvləri Xalq artisti Röya Ayxan, Natavan Həbibi – red.). Onları da görəndə mən”.
Aparıcının Samir Bayramovun “Sizi qrup üzvləri zəng vurub qonaq çağırsaydılar, gedərdiniz?” sualına Elnarənin cavabı belə olub:
“Mən xeyir-şərdən qalan adam deyiləm. Dəvət olunan yerə hər zaman getməyə çalışıram. Əhvalım korlanmasa, qlobal bir şey baş verməsə, bəlkə də qonaq çağırılan yerə gedərdim, niyə də yox? Hələ ki, belə bir münasibət yoxdur. Son 10 il ərzində də belə bir münasibət olmayıb. Nə bayram və sairə... Başım çox qarışıqdır. Əminəm ki, hər kəsdə də bu, belədir. Qayğılarım, ailəm, dörd uşaq, tələbələrim, layihələrim... İşim başımdan aşır. Dəfələrlə onlarla üzbəüz gəlmişəm, salam-sağol, öpüşüb, görüşmüşük, söhbət də etmişik, çörəkd ə yemişik. Biz düşmənik bəyəm? Salam Allahın adıdır, salam verib almaq da lazımdır. Biz düşmən deyilik, amma dost da deyilik”.
- A-
- A
- A+
Şoutaym
09:24 / 05.12.2023
Elnarə Xəlilova: “Biz düşmən deyilik, amma dost da deyilik” – VİDEO
Hazırda oxunan: Elnarə Xəlilova: “Biz düşmən deyilik, amma dost da deyilik” – VİDEO
Hazırda oxunan: Elnarə Xəlilova: “Biz düşmən deyilik, amma dost da deyilik” – VİDEO
167468
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.