Hüseyn Həsənov izləyicilərinə "Iphone"lar və lüks avtomobil hədiyyə edəcək - FOTO

Hazırda oxunan: Hüseyn Həsənov izləyicilərinə "Iphone"lar və lüks avtomobil hədiyyə edəcək - FOTO

167449

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov növbəti dəfə izləyicilərinə bahalı hədiyyələr paylayacaq.

Bizim.Media xəbər verir ki, Hüseyn bu haqda sosial şəbəkə hesabında məlumat paylaşıb.

Ənənəvi şəkildə ildə bir neçə dəfə sosial şəbəkə izləyicilərini bahalı hədiyyəllər "yağışına" tutan Həsənov Yeni il ərəfəsində onları sevindirmək qərarına gəlib.

Yaxın günlərdə "Instagram" sosial şəbəkə səhifəsi üzərindən keçirəcək oyunda qalib gələn bir izləyicisinə bloqer ağ rəngdə, bahalı, lüks "Maserati" avtomobili və bir neçə digər izləyicisinə onlarla "Iphone" markalı smartfon hədiyyə verəcək.
Qeyd edək ki, bir müddət əvvəl Hüseyn Həsənov Dubaydan 900 min manata aldığı “Cullinan - Rolls-Royce” markalı avtomobilini də izləyicisinə hədiyyə verib.





Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO