Xalq artisti Tünzalə dərin sinə dekolteli libası ilə yenidən GÜNDƏMDƏ - VİDEO

Hazırda oxunan: Xalq artisti Tünzalə dərin sinə dekolteli libası ilə yenidən GÜNDƏMDƏ - VİDEO

167443

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə geyimi ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi dəbdəbəli toy məclislərinin birinə qara, üzəri parıldayan "tulum"la qatılıb.

Diqqət çəkən məqam isə sözügedən geyimin dərin dekoltesi olub.

Əynini bəzəyən bu geyim Tünzaləni yenidən "dilə-dişə" salıb. Belə ki, açıq-saçıq geyimdə səhnədə ifasını təqdim etdiyi görüntüləri izləyiciləri ilə bölüşən Ağayevanı izləyicilər "tulum"a görə "asıb-kəsib"lər. 
Lakin onlar arasında Xalq artistinə bu libası yaraşdıranlar da olub.

Qeyd edək ki, son zamanlar səhnə obrazını 180 dərəcə dəyişən Tünzalə Ağayevanın açıq-saçıq geyimlərdən istifadə etməsi sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
 



 Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO