Nəvəsini qəzada itirən Cığatel efirdə ağladı, Tacir isə qəhərdən ifasını yarımçıq kəsdi - VİDEO

Nəvəsini qəzada itirən Cığatel efirdə ağladı, Tacir isə qəhərdən ifasını yarımçıq kəsdi - VİDEO

Hazırda oxunan: Nəvəsini qəzada itirən Cığatel efirdə ağladı, Tacir isə qəhərdən ifasını yarımçıq kəsdi - VİDEO

167432

"Xəzər axşamı" verilişinin canlı efirində kövrək anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, proqramda müğənni qızı Leyla Camal ilə qonaq olan şairə və qiraətçi Ciğatel İsaqızı qəza nəticəsində dünyasını dəyişən nəvəsi Süleyman haqqında danışaraq göz yaşlarına boğulub.

Cığatel Süleymana həsr etdiyi şeiri səsləndirəndən sonra verilişin digər qonağı müğənni Tacir Şahmalıoğlu repertuarında yer alan "Yolun düşsə,  bu dünyaya bir də gəl" adlı mahnını ifa edib.

Tacirin bu ifasından isə bütün qonaqlar və verilişin aparıcısı Mətanət Əliverdiyeva da kövrələrək ağlayıblar. Bunu görən Tacir qəhərdən mahnını sona kimi oxuya bilməyib. İfasını yarımçıq saxlayan Şahmalıoğlu əlləri ilə üzünü tutaraq göz yaşlarına boğulub. 
Daha sonra müğənni mikrofonu oğlu Şahmalıya uzadaraq nəğmənin ardının oxumasını istəyib. Şahmalı isə ifası ilə sözügedən mahnını sona çatdırıb.

Proqramda yaşanan kövrək anları sizə təqdim edirik:

 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO