Pərvin: “Bəy Raziyə sevgisini qalmaqaldan sonra etiraf edib” – VİDEO

Hazırda oxunan: Pərvin: “Bəy Raziyə sevgisini qalmaqaldan sonra etiraf edib” – VİDEO

167333

Xəbər verdiyimiz kimi, ötən gün qalmaqallı model Razi Əliyeva (Raziyyat) Nicat adlı bəyə ərə gedib. 

Bizim.Media xəbər verir ki, cütlüyün nikah məclisində iştirak edən aktrisa Pərvin Abıyeva “Xəbərin var?” maqazin verilişinin canlı efirinə zəng vuraraq, Razi ilə Nicatın münasibətlərindən danışıb. 

Pərvin bildirib ki, Nicat Razini uşaqlıqdan sevib, lakin eşqini modelin keçmiş sevgilisi ilə yaşadığı qalmaqaldan sonra etiraf edib: 

“Razi və Nicatın tanışlıqları və evlilikləri haqda çox da məlumatım yoxdur. İstanbulda əməliyyat keçirdiyim zaman Razi mənə zəng vurub nişanlanacağını və məni məclisə dəvət etdiyini bildirdi. Razi özü İstanbulda yaşayır. Nicat Razini uşaqlıqdan sevir. Lakin o vaxtdan bu günə kimi susduğunu bilirəm. Nicat məhəbbətini Razi ilə keçmiş sevgilisi arasında baş verən qalmaqaldan sonra ona etiraf edib.
O deyib ki, səni sevirəm, evlənmək istəyirəm, səni hər şeyinlə qəbul edirəm. Aralarında belə bir söhbət olub. Oğlan şou və televiziya adamı deyil. Oğlan bu sahədən uzaqdır. Nə işlə məşğul olduğu haqda informasiyam yoxdur. Çəkincək oğlandır. Bəyi “prokat” (kirayə - red.) adlandıranlara da demək istəyirəm ki, özüm o məclisdə iştirak etmişəm və oğlanın Raziyə olan münasibətindən və sevgisindən gözlərim çox dolub. Belə sevgilər də var...”. Pərvin, həmçinin vurğulayıb ki, Razi və Nicat cütlüyünün toyu yanvar ayında olacaq. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO