Stilist Anar Samirə, Kəmalə və Nəcibəyə

Stilist Anar Samirə, Kəmalə və Nəcibəyə "Altın Kelebek" mükafatını verdi - VİDEO

Hazırda oxunan: Stilist Anar Samirə, Kəmalə və Nəcibəyə "Altın Kelebek" mükafatını verdi - VİDEO

167301

Xəbər verdiyimiz ki, bu gün İstanbulda sayca 49-cu "Altın Kelebek" mükafatlanma mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, sözügedən mükafatı  dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev səhnəyə çıxaraq Azərbaycandan qatılan müğənni Samirə Əfəndiyə, aparıcı Kamalə Piriyevaya və bloger Nəcibə Əhmədliyə təqdim edib.

Diqqət çəkən və böyük rəğbətə səbəb olan çıxış məhz Samirə Əfəndinin olub. Belə ki, müğənni çıxışı zamanı qəhərlənərək sözügedən mükafatlanmaya sponsor olan şirkətdən qazandığı qonorarı Türkiyədə zəlzələ nəticəsində valideynsiz qalan uşaqlara və Qarabağ savaşlarında igid şəhidlərimizin övladlarına verəcəyini açıqlayıb. 

Samirə çıxışını Ümummilli Lider Heydər Əliyevin məşhur "Biz iki dövlət, tək millətik" kəlamı ilə yekunlaşdırıb.

Gecədə yaşanan həmin anları sizə təqdim edirik:
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO