“Evdə tək”in məşhur ulduzları 33 il sonra BİR ARADA – FOTO 

“Evdə tək”in məşhur ulduzları 33 il sonra BİR ARADA – FOTO 

Hazırda oxunan: “Evdə tək”in məşhur ulduzları 33 il sonra BİR ARADA – FOTO 

167128

Dünyaca məşhur “Evdə tək” bədii filminin əsas qəhrəmanları Makaley Kalkin və Ketrin Ohara uzun illər sonra bir araya gəlib.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Makaley Kalkinin adı “Ulduzlar xiyabanı”na həkk olunub. 

Bununla əlaqədar, baş tutan tədbirdə dəvətlilər sırasında Ketrin Ohara da yer alıb. 1990-ci ildə çəkilən ekran əsərində “ana-bala” obrazını canlandıran aktyorlar bir-biri ilə səmimi ünsiyyət qurublar.  

Makaley və Ketrinin birgə çəkilən yeni fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Aktyorların 33 il əvvəl filmdə çəkilən şəkili ilə indiki fotoları kollaj edilərək paylaşılıb. 
Qeyd edək ki, hazırda Ketrin Oharanın 69, Makaley Kalkinin isə 43 yaşı var. Sözügedən film hər il yeni il ərəfəsində dünyanın bir çox televiziya kanallarında nümayiş edilir.  












Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO