Qorxmaz Əlilicanzadə: “Müğənnilər nankordurlar” - VİDEO  

Qorxmaz Əlilicanzadə: “Müğənnilər nankordurlar” - VİDEO  

Hazırda oxunan: Qorxmaz Əlilicanzadə: “Müğənnilər nankordurlar” - VİDEO  

167015

“Müğənnilər, ruslar demişkən, çox “неблагодарные” (nankordurlar – red.). Çünki şöhrət onların başlarını gicəlləndirir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlilicanzadə qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, ifaçıların əksəriyyəti şöhrət qazandıqdan sonra onlara edilən yaxşılıqları unudurlar: 

“Muğam oxuyan bir xanəndə tanıyıram ki, onun iki müəllimi olub. Bir müəlliminin adı yüksək olduğu üçün onun adından istifadə edib. Digər müəllimin də adı yüksəkdir, sadəcə onun qorxusundan bunun adını çəkmir. Amma ilk müəllimi də bu olub. Müğənnilər onlara edilən yaxşılıqları sonradan itirirlər. Belə nəticəyə gəlmişəm ki, gərək, müğənnilərin 95 faizini əlindən tutub önə aparmayasan. Qoy, öz əziyyəti ilə nələrsə əldə etsin. Onlar məni yandırmır, qoy özləri yansın”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO