“Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi alış-veriş mərkəzində gəzərkən qadınların açıq-saçıq geyimlərindən və keçirdikləri bədən şəkilləndirmə əməliyyatlarından söz açıb.
“Ay bacı, camaat lüt gəzir. Biz yazıqların (müğənnilərin – red.) adı çıxıb. Qadınlar lüt gəzir. Onlar elə bil ki, ana qarışqadırlar. Hamısının beli bir damcı, arxaları isə nə boyda... Əməlli-başlı yük daşıyırlar”, - deyə G.Ələkbərova vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media