Ötən gün Səudiyyə Ərəbistanında keçirilən “Qırmızı Dəniz” Film Festivalı maraqlı anlarla yadda qalıb.
Bizim.Media xəbər verir ki, qalada dünya şöhrətli Hollivud ulduzları, eləcə də ərəb və türk məşhurlar iştirak edib.
Gecədə qırmızı libası ilə hər kəsin diqqətini çəkən aktrisa Məryəm Üzərli olub. Məryəm qalada Uill Smitlə bir araya gələrək onunla uzun-uzun söhbətləşib.
Həmin anlar isə sosial şəbəkələrdə yayılaraq izləyicilər tərəfindən maraqla qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media