Şair və jurnalist Anar Vəziroğlu Xalq artisti Tünzalə Ağayevanın açıq-saçıq səhnə obrazını sərt şəkildə tənqid edib.
Bizim.Media xəbər verir ki, bu haqda Vəziroğlu ekspert qismində iştirak etdiyi “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb.
“Kim nə deyirsə, desin, amma geyim özü bir əxlaqdır. Xalq artisti Tünzalə Ağayeva bu zamana qədər, rayondan Bakıya gələnə qədər hamı ona baxırdı. O, adama ləzzət edirdi. Haqqında xoş sözlər deyirdilər. İndi isə açıq-saçıq geyimlər geyinir. İndi siz onun o açıq-saçıq geyimlərini xoşlayırsınız? Tünzalə Ağayeva! Sən Xalq artistisən deyə, bu cür olmalısan!?”, - deyə A.Vəziroğlu vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media