Müğənni Əli Mirəliyevə inzibati protokol yazılıb. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Əli Mirəliyevlə əlaqə saxlayıb.
Sənətkar bu hadisənin 2019-cu ildə baş verdiyini bildirib:
"4 il əvvəl mənə protokol tərtib edilib. Lakin mən bundan xəbərsiz olmuşam. Yoxsa vaxtında bu məsələnin üstünə düşüb, həll edərdim. 4000 manat cəriməm var.
Kifayət qədər böyük rəqəmdir.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq. Qərar nə olacaqsa, ona da əməl edəcəyəm".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:09 / 30.11.2023
Əli Mirəliyev: "4000 manat cəriməm var" - ÖZƏL
Hazırda oxunan: Əli Mirəliyev: "4000 manat cəriməm var" - ÖZƏL
Hazırda oxunan: Əli Mirəliyev: "4000 manat cəriməm var" - ÖZƏL
166902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.